-
- 4-07-2024, 16:18
- 352
Bayden və Netanyahu bu gün GÖRÜŞƏCƏK
İsrailin Kan ictimai yayımının diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Co Bayden bu gün axşam saatlarında görüşəcək.
News24.az xəbər verir ki, Netanyahunun komandası ilə Həmas-ın Qəzzada təxminən 9 aydır davam edən müharibəni dayandırmaq üçün mümkün atəşkəs razılaşması təkliflərini müzakirə edəcəyi gözlənilir.
İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən verilən açıqlamada o, HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı son təklifini araşdırmaq üçün təhlükəsizlik kabinetini bu gün toplayacağı bildirilib.
Qeyd edək ki, Netanyahu həmçinin Nazirlər Kabinetinin görüşündən əvvəl atəşkəs danışıqlarında iştirak edən danışıqlar qrupu ilə məsləhətləşmələr aparacaq.
İsrailin məxfi xidməti Mossad, HƏMAS-ın Qəzzada atəşkəslə bağlı təkliflərini İsrailə çatdırdığını açıqlayıb. HƏMAS-ın cavabının araşdırılacağı və vasitəçilərə cavab veriləcəyi bildirilib.
Vasitəçi ölkələr, o cümlədən Misir, Qətər və ABŞ oktyabrın 7-dən bəri davam edən münaqişələrə son qoymaq üçün tərəflər arasında danışıqlar aparır.
Günel Məlikzadə