Vüsal Məsiyevə yüksək vəzifə verildi
    • 5-07-2024, 10:32
    • 218

Vüsal Məsiyevə yüksək vəzifə verildi

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun icraçı direktoru vəzifəsinə təyin olunub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, o, bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

Qeyd edək ki, V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" MMC-də direktor müavini, Dövlət Məşgulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, "Sybernet" MMC-də Texniki direktor işləyib.