Ferdi Kadıoğlu köhnə dostları ilə qarşı-qarşıya
    • 5-07-2024, 11:51
    • 258

Ferdi Kadıoğlu köhnə dostları ilə qarşı-qarşıya

Ferdi Kadıoğlu köhnə dostlarını məğlub etmək üçün meydançaya çıxacaq. AVRO-2024-dəki çıxışı ilə parlayan milli ulduz 1/4 finalda tanış simalarla qarşılaşacaq.

News24.az xəbər verir ki, Hollandiyanın Arnhem şəhərində türk ata və kanadalı anadan olan Ferdi futbolu Portakalların sistemində öyrənib.

O, 19 yaşına kimi yaşadığı ölkədə perspektivli adlardan biri sayılırdı və Hollandiya Gənclər Milli Komandalarında 53 dəfə çıxış edib.

O, şənbə günü qarşılaşacağı Gakpo və Dumfries kimi ulduzlarla illərdir eyni formada çıxış edib.

2018-ci ildə "Fənərbaxça"ya keçidi ilə Türkiyəyə addım atan gənc ulduz 4 il sonra narıncı formanı çıxarıb, belinə Ay-ulduz taxıb.

Hollandiyada 10 nömrəli mövqedə yetişməsinə baxmayaraq, Türkiyədə sol cinah müdafiəçisinə çevrilən Ferdi 1/4 final öncəsi keçmiş komanda yoldaşlarına xəbərdarlıq edib.

Günel Məlikzadə