-
- 2-08-2018, 22:00
- 895
Yerevan Kremlin qəzəblənməsinə reaksiya verdi
Ermənistan hazırkı baş katib Yuri Xaçaturova qarşı ittiham elan edildikdən sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyinə olan kvotanı saxlamağı planlaşdırır.
Bu fikirləri Ermənistan baş nazirinin mətbuat katibi Arman Eqoyan deyib.
“Kvota 2020-ci ilədək Ermənistana aiddir”, - Eqoyan deyib. O qeyd edib ki, təşkilatın yeni baş katibi bu ölkədən seçilməlidir.
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbədən RBK-ya verilən məlumata görə, 2008-ci il 1-2 martda baş verən hadisələrlə bağlı istintaq Ermənistanın daxili işidir.
Xatırladaq ki, “Kommersant” qəzetinin Rusiyanın dövlət strukturlarına istinadla yaydığı məlumata görə, Kreml Xaçaturovun Ermənistanda istintaqa cəlb edilməsinə qəzəblənib, Ermənistanın hazırkı rəhbərliyinin sabiq hakimiyyət nümayəndələrini təqib etməsi isə Moskva və Yerevanın münasibətlərinə ciddi zərbə vura bilər.
// Oxu.az