"Fənərbaxça" Sərdar Əzizlə yolları ayırdı
    • 8-07-2024, 21:30
    • 347

"Fənərbaxça" Sərdar Əzizlə yolları ayırdı

"Fənərbaxça" müdafiəçisi Sərdar Əzizlə yollarını ayırıb.

News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin sabiq üzvü baş məşqçi Joze Mourinyo ilə görüşdükdən sonra düşərgəni tərk edib.

Qeyd edək ki, 2018-ci ildən "Fənərbaxça"da çıxış edən S.Əziz 110 oyuna 10 qol vurub. 33 yaşlı futbolçu "Bursaspor" və "Qalatasaray"da oynayıb.