-
- 8-07-2024, 23:40
- 489
Rusiyada yanacaq qiymətləri ilə bağlı təlimat
Rusiya hökumətindən verilən yazılı açıqlamada, benzin və dizelə olan tələbatın mövsümi təsirlərə görə artdığına diqqət çəkilib.
News24.az xəbər verir ki, açıqlamada yanacağın qiymətlərindəki artımın inflyasiya səviyyəsinin altında qaldığı ifadə edilərək, "Novak, Rusiya Energetika Nazirliyinə və Federal Rəqabət Xidmətinə ölkədə yanacaq qiymətlərindəki artımı nəzarətdə saxlamağı tapşırıb" bildirlib.
Bəyanatda qeyd olunub ki, Novak yanacağın regionlara dəmir yolu ilə vaxtında çatdırılması və neft şirkətlərinə çən parkının verilməsi məsələlərinin də həllini tapıb.
Qeyd edək ki, Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub. Qiymət artımı ilə əlaqədar ölkədə hökumət vaxtaşırı yanacağın ixracına məhdudiyyətlər qoyur.
Günel Məlikzadə