Azad Rəhimov Masallıda vətəndaşların problemləri ilə maraqlanıb
    • 24-05-2019, 11:21
    • 1 415

Azad Rəhimov Masallıda vətəndaşların problemləri ilə maraqlanıb

Bu gün gənclər və idman naziri Azad Rəhimov Masallı rayonunda Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. 

Ümumilikdə, qəbulda 10 nəfər vətəndaş iştirak edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, müraciətlər Olimpiya İdman Komplekslərinin, Gənclər evlərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, onların idman avadanlıqları ilə təmin olunmasıgənclər və idman nazir, yeni UGİM, QHT-lərin yaradılması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti istiqamətlər üzrə göndəriləcəyi bildirilib. Bir qismi isə baxılması üçün icraya yönəldilib.