-
- 9-07-2024, 15:26
- 356
Rekord istilər: Ölənlər var
Yaponiyanın müxtəlif bölgələrində bu ayın əvvəlindən təsirli olan həddindən artıq istilərin fəsadları aydınlaşmağa başlayıb.
News24.az xəbər verir ki, iyulun 1-dən 7-dək ölkənin 14 ştatında yaşayan ən azı 19 nəfərin isti vurması nəticəsində öldüyü bildirilib.
Bildirilib ki, eyni dövrdə 9 min 105 nəfər istilik vurması əlamətləri ilə xəstəxanaya yerləşdirilib, halların 5 min 378-i isə 65 və yuxarı yaşda olan insanlardır.
Səlahiyyətlilər zərurət olmadıqca çölə çıxmamaq və evdə kondisioner istifadə etmək barədə xəbərdarlıq edib, həmçinin bol su içməyə çağırıblar.
Qeyd edək ki, Yaponiyanın müxtəlif bölgələri bu ayın əvvəlindən həddindən artıq istilərə məruz qalıb, ölkənin bir çox əyalətlərində havanın temperaturu 35 dərəcəni keçib.
Bu yay temperatur rekordu ötən bazar ölkənin Şizuoka şəhərində qeydə alınıb və termometrlər 40 dərəcəni göstərib.
Bunun 1940-cı ildən bəri şəhərdə qeydə alınan ən yüksək temperatur olduğu açıqlanıb.
Günel Məlikzadə