Sevgilisi Zeynep Bastıkı belə təbrik etdi
    • 9-07-2024, 23:20
    • 258

Sevgilisi Zeynep Bastıkı belə təbrik etdi

Bir müddət əvvəl sevgili olduqları ortaya çıxan Zeynep Bastık və Serkay Tütüncü dostları ilə qayıq tətilinə çıxıblar. Dənizin və günəşin dadını çıxaran məşhur cütlüklərdən biri olan Zeynep Bastıkın 32 yaşı tamam olub.

News24.az xəbər verir ki, məşhur müğənni ad gününü qayıqda sevgilisi və dostları ilə qeyd edib.

Bir müddətdir ekranlardan uzaq düşən Serkay Tütüncü sevgilisi ilə qayıqda çəkdirdiyi şəkli "Ad günün mübarək, gözəlim" qeydi ilə paylaşıb. Məşhur cütlüyün romantik kadrı böyük marağa səbəb olub.

Günel Məlikzadə