Sel və sürüşmə: Ölənlər var
    • 10-07-2024, 12:25
    • 249

Sel və sürüşmə: Ölənlər var

Cənubi Koreyada dünən gecədən bəri davam edən leysan yağışları sel və torpaq sürüşmələrinə səbəb olub.

News24.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi açıqlamaya görə, daşqın və sürüşmə nəticəsində azı 4 nəfər həyatını itirib.

Çunqçeonq əyalətində lift şaxtasının su altında qalması nəticəsində bir, evinin torpaq sürüşməsindən uçması nəticəsində də bir vətəndaşın həyatını itirdiyi bildirilib.

Eyni zamanda, Şimali Gyeongsang əyalətində də bir şəxsi sel suları apararaq, bir şəxsi isə avtomobili ilə daşan dərəyə düşərək öldüyü bildirilir.

Şimali Chungcheong əyalətində konteynerdə yaşayan 1 nəfərin itkin düşdüyü və axtarış işlərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, güclü yağışlar bir çox rayonlara da maddi ziyan vurub. Yerli hakimiyyət orqanları Şimali Jeolla əyalətində 17 evin və 16 magistral yolun su altında qaldığını bildirib. Cənubi Chungcheong əyalət hökumətinin 835 ziyan xəbəri və ya təcili yardım çağırışları aldığı bildirilir.

21 UÇUŞ LƏĞV EDİLDİ

Güclü yağışlar hava və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Ölkənin cənub-şərqindəki liman şəhəri Busandakı Gimhae Beynəlxalq Hava Limanından çıxması gözlənilən 21 reysin təxirə salındığı, 16 reysin gecikdiyi açıqlanıb.

Həmçinin bildirilib ki, Cənubi Chungcheong əyalətindəki Janghang Train Line və Şimali Gyeongsang əyalətindəki Gyeongbuk Train Xəttində bütün qatar xidmətləri yerli vaxtla saat 18:00-a qədər dayandırılıb.

Koreya Meteorologiya İdarəsi (KMA) ölkənin cənub bölgələrində bir çox bölgəyə gecə ərzində 200 millimetrdən çox yağış yağdığını açıqlayıb.

Səlahiyyətlilər yağışların bu gün də öz təsirini davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edərək, sel və torpaq sürüşməsinə qarşı diqqətli olmağa çağırıb.

Günel Məlikzadə