"İnsult keçirəndən bəri milyonlarla dollar itirdim"
    • 10-07-2024, 15:45
    • 252

"İnsult keçirəndən bəri milyonlarla dollar itirdim"

“Basic Instinct” filmi ilə yadda qalan məşhur aktrisa Şeron Stoun 20 il əvvəl insult keçirdikdən sonra Hollivud tərəfindən diqqətdən kənarda qaldığını bildirib.

News24.az xəbər verir ki, 66 yaşlı amerikalı aktrisa 2001-ci ildə doqquz gün davam edən beyin qanamasından sonra xəstəxanaya yerləşdirilib. Səhhətindəki qorxu onu iki il böyük ekrandan uzaq durmağa məcbur edib. Lakin bu qısa iki illik müddət daha uzun, arzuolunmaz fasiləyə çevirilib.

"Deyə bilərəm ki, az qala öləcəkdim. Beynimdə qan sızması var idi. Üzümün forması dəyişdi. Və bu baş verəndə hər şey dəyişdi. Qoxu hissim, görmə qabiliyyətim, toxunuşum. Bir müddət heç nə oxuya bilmədim. Bir neçə ildir ki, bir çox insan mənim öləcəyimi düşünürdü" aktrisa dedi.

Stoun, bəzi adamlarının bu prosesdə ondan "istifadə etdiyini" və şəxsi əşyaları ilə birlikdə bank hesabında yığdığı milyonlarla dolları tez bir zamanda itirdiyini söyləyib.

Günel Məlikzadə