-
- 10-07-2024, 21:50
- 301
Türklərdən Baydenə məktub
Türkiyə-Amerika Milli Rəhbər Komitəsi (TASC) ABŞ prezidenti Co Baydenə məktub göndərərək Nümayəndələr Palatasının bəzi üzvlərinin Türkiyə ilə bağlı apardıqları dezinformasiya kampaniyasına reaksiya verib.
News24.az xəbər verir ki, məktub ABŞ vətəndaşları və TASC üzvləri tərəfindən yazılıb.
Məktubda Nümayəndələr Palatasının üzvləri Christoper Smith və Lloyd Doggettin bəzi üzvləri çaşdıraraq məktub hazırladığı qeyd edilib. 300-dən çox üzvün dezinformasiya kampaniyasına qatılmadığı bildirilib. Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsinin üzvü olan Türkiyənin həm də NATO-nun ikinci ən böyük ordusuna sahib olduğu vurğulanıb. Türkiyənin humanitar yardım missiyalarında aparıcı rol oynadığı və dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə olduğu bildirilib.
Günel Məlikzadə