-
- 10-07-2024, 22:43
- 8 361
Qarabağda neçə məscid tikilir, neçəsi bərpa olunub? - Dini Komitə AÇIQLADI
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti-quruculuq, bərpa işləri məscidləri də əhatə edir.
Yeni məscidlər tikilir, mövcud olanlar bərpa edilir. Bəs azad edilmiş ərazilərdə indiyə kimi neçə məscid tikilib, neçəsinin inşası planlaşdırılır?
News24.az bildirir ki, modern.az mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə mədəni irsimizin, o cümlədən tarixi-dini abidlərimizin bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir:
“Bütün bu proseslər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2020-ci ilin dekabrın 8-də Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan edib. Fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi və mədəniyyət abidələrinin bərpası işləri uğurla həyata keçirilir. İndiyə qədər Ağdam Cümə məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri aparılan bərpa işlərindən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Zəngilan məscidinin açılışı isə cari ilin may ayının 18-də həyata keçirilib. Qeyd olunan məscidlərin açılış mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib.
Hazırda Şuşa, Laçın, Hadrut, Suqovuşan ərazilərində yeni məscidlərin tikintisi, Şuşadakı Çöl Qala məscidinin isə bərpa işləri davam etdirilir”.