-
- 10-07-2024, 23:20
- 618
Münasibəti qorumaq üçün 12 qayda
Münasibətləri uzunömürlü edən bir çox amillər var. Xoşbəxt bir münasibət qurmaq üçün bəzən çox sadə qaydalara riayət etmək lazımdır. Xoşbəxtliyin düsturunu tapan cütlüklərdən bəzi məsləhətlər verib.
News24.az xoşbəxt bir əlaqə üçün riayət etməli olduğunuz qaydaları təqdim edir.
1. Əgər kimsə sizi həqiqətən sevirsə, hər gün sizə sevgi və hörmətini göstərəcək.
2. Əgər sizinlə olmaq istəyirsə, sonunda səninlə olacaq.
3. Fiziki yaxınlıq vacibdir, lakin bu sizin münasibətinizi müəyyən etmir.
4. Hər ikiniz münasibətinizə səy göstərməlisiniz. Birtərəfli ola bilməz.
5. Münasibətlərdən və ya sevgidən gözləntiləriniz həmişə qarşılanmaya bilər.
6. Xoşbəxt münasibətlər səbir, güvən və fədakarlıq tələb edir.
7. İnsanları dəyişdirə bilməzsiniz. Həyatınızı paylaşmağı planlaşdırdığınız insanı bütün qüsurları ilə qəbul etməlisiniz.
8. Yalnız 100 faiz özünüz olduğunuz halda özünüzü azad hiss edə bilərsiniz.
9. Müstəqil planlar qurmaq münasibətlərinizi zəiflətmir, əksinə, gücləndirir.
10. Mübahisə etmək təbii və sağlamdır. Hər şey mükəmməl deyil, razılaşmaya bilərsiniz.
11. İşlər çətinləşəndə sadəcə uzaqlaşa bilməzsən, qalmaq və mübarizə aparmaq lazımdır.
12. Özünüzə tez-tez xatırladın ki, tərəfdaş seçiminizdən tam razısınız.
Günel Məlikzadə