-
- 24-05-2019, 17:23
- 2 142
Azərbaycanda yeniyetmə qızla cinsi əlaqəyə girən şəxs – “ONU MƏCBUR ETMƏMİŞƏM”
İmişli rayonnda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmiş şəxsə cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, İmişli Rayon Polis Şöbəsində rayon sakini Qasımov Valeh Kamil oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə cinayət işi açılıb. İbtidai istintaq zamanı Valehin 15 yaşlı İradə Vəliyeva ilə (ad şərti) cinsi əlaqədə olması müəyyənləşib. Qızla cinsi əlaqəyə girən şəxs onunla evlənəcəyini və törətdiyi əməlin cinayət xarakterli olmasını bilmədiyini deyib. O, qızı cinsi əlaqəyə girmək üçün zorakılı etmədiyini, qarşı tərəfin də razılığının olduğunu deyib.
Artıq ibtidai istintaq yekunlaşdırılıb və cinayət işinin materialları İmişli Rayon Məhkəməinə göndərilib. İşə hakim Qurban Hacıyev tərəfindən baxılacaq və ilk iclas iyunun 4-də olacaq.