-
- 11-07-2024, 16:16
- 494
Güclü yağış: Ölənlər var
Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, yerli hakimiyyət orqanları öz açıqlamalarında Chongqingə 254,6 millimetr yağıntının daxil olduğunu bildiriblər.
News24.az xəbər verir ki, səlahiyyətlilər bu rəqəmin şəhər üçün rekord həddə çatdığını, 4 nəfərin leysan yağışların yaratdığı “geoloji fəlakətlər”, 2 nəfərin isə boğularaq öldüyünü açıqlayıb.
Digər tərəfdən səlahiyyətlilər, dünən axşam saatlarından etibarən davam edən yağışlar səbəbindən bölgədəki 15 çayda suyun səviyyəsinin artaraq həyəcan həddinə çatdığına diqqət çəkib.
Günel Məlikzadə