Məşhur cütlük barışdı
    • 11-07-2024, 21:30
    • 403

Məşhur cütlük barışdı

"Baht Oyunu" serialında ortaq olan və dostluqları zamanla sevgiyə çevrilən Cemre Baysel və Aytaç Şaşmaz dövrün məşhur cütlükləri arasında olub.

News24.az xəbər verir ki, münasibətlərini diqqət mərkəzindən uzaq yaşamağa üstünlük verən məşhur cütlük ayrılaraq pərəstişkarlarını təəccübləndirib.

İl yarımlıq ayrılıqdan sonra məşhur cütlükdən şad xəbər gəlib.

Münasibətlərinə bir şans daha verən Baysel və Şaşmaz əl-ələ görüntülənib.

Digər tərəfdən, Cemre Baysel bir neçə gün əvvəl Aytaç Şaşmazla barışdığına dair iddialara "Çox xoşbəxtəm. İşim, ailəm... Hər şey yaxşı gedir, hər kəs bunu bilsin, kifayətdir" deyərək cavab verib. 

Günel Məlikzadə