ABŞ-dan Ukraynaya 225 milyonluq silah yardımı
    • 12-07-2024, 09:11
    • 324

ABŞ-dan Ukraynaya 225 milyonluq silah yardımı

Pentaqondan verilən yazılı açıqlamada, yardımın Ukraynaya məqsədlərinə çatmaq üçün əlavə imkanlar qazandıracağı bildirilib.

News24.az xəbər verir ki, açıqlamada yardım paketinə hava hücumundan müdafiə sistemləri və ələ keçirmə sistemləri, raket sistemləri, toplar üçün sursat və tank əleyhinə silahların daxil edildiyi yardımın təxmini dəyərinin 225 milyon dollar olduğu bildirilib.

Bəyanatda bildirilir ki, son yardım paketi Bayden administrasiyası tərəfindən 2021-ci ilin avqust ayından etibarən Müdafiə Nazirliyinin inventarlarından Ukraynaya verilən 61-ci avadanlıq tranşıdır. 

Günel Məlikzadə