Rusiyada benzin qadağasına hazırlıq
    • 12-07-2024, 23:20
    • 1 798

Rusiyada benzin qadağasına hazırlıq

Rusiya Federal Rəqabət Xidmətinin (FAS) verdiyi yazılı açıqlamada benzinin ixracına qoyulan qadağanın tələbatın yüksək olduğu dövrlərdə daxili bazarda vəziyyəti daha stabil hala gətirdiyi bildirilib.

News24.az xəbər verir ki, qadağanın neft emalı zavodlarında planlaşdırılan baxım prosesləri zamanı yaşanan qiymət dalğalanmalarını da azaltdığına diqqət çəkən açıqlamada, "FAS, 1 avqust tarixindən etibarən benzin qadağasının yenidən qüvvəyə minməsini dəstəkləyir" deyilib.

Xatırladaq ki, Rusiya hökuməti martın 1-dən benzin ixracına qadağa qoyub. Daha sonra müxtəlif ölkələrə, o cümlədən Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracı istisna edib.

Günel Məlikzadə