18 yaşlı qız itkin düşdü - FOTO
    • 13-07-2024, 12:00
    • 347

18 yaşlı qız itkin düşdü - FOTO

Şəki rayonunun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqova Lamiyə Arif qızı iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

News24.az APA-ya istinadən xəbər verir ki, sonuncu dəfə evdən gedərkən üzərində ağ rəngli cins şalvar, bənövşəyi rəngli köynək və başında şapka olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.