Bu ərazilərdə marşrut azdır - Avtobuslar köhnədir, həcmi kiçikdir
    • 13-07-2024, 19:47
    • 319

Bu ərazilərdə marşrut azdır - Avtobuslar köhnədir, həcmi kiçikdir

Taksilərin sayının azaldılması, "manatlıq"lara qarşı aparılan tədbirlər, eləcə də, avtobus zolaqlarının boşaldılması istiqamətində görülən işlər avtobuslara marağı artırıb. İllər əvvəl olduğu kimi, yenə də sərnişinlər daha çox avtobusdan istifadə etməyə üstünlük verirlər. Rəsmi açıqlamada da bildirilib ki, yeni qərarların avtobus və metrolarda sərnişin sayının artmasına gətirib çıxarıb. Sərnişin sayının artması isə özlüyündə bir neçə problemi qabardıb. Marşrutların azlığı, şəhər ətrafı yollarda kondisionersiz, ili köhnə avtobusların istifadəsi bu kimi problemlərdəndir.

Saytımıza müraciət edən oxuculardan biri bildirib ki, Masazıra işləyən avtobusların texniki vəziyyətindən, köhnəliyindən narazıdır. Eləcə də, Binəqədi sakinlərinin də bu məsələ ilə bağlı narazılıqları var. Onlar da marşrutların sayının azlığından narahatdırlar.

Sərnişindaşıma qiymət dəyişikliyindən sonra bir neçə yeni marşrut xətti də istifadəyə verilib. Yeni ekspress xətlər dənizkənarı Bakı kəndləri ilə mərkəz arasında fəaliyyətdədir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, COP29 tədbirinə qədər Bakıya 160 yeni elektrikli avtobus gətirilərək istifadəyə veriləcək. Hələlik onların hansı zonalarda istifadəsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Binəqədi rayonuda, Masazır qəsəbəsində kifayət qədər ili köhnə avtobuslar var. Əvvəllər Qara Qarayevdən Binəqədiyə qədər hərəkət edən irihəcmli 125 nömrəli marşrutun yerinə açılan 100 nömrəli marşut isə ümumiyyətlə standartlara cavab vermir.