İnsanlıq hələ də qısqanclığın yaxşı ya pis bir şey olduğunu təyin etməyib. 

News24.az
oxucularına 5 ən qısqanc bürcü təqdim edir:

Oxatan: Onlar dəlicəsinə qısqancdırlar. Lakin, bunu heç vaxt biruzə vermirlər. İstəsələr belə rəqibləri ilə mübahisə etməz, əsəb gərginliyini idarə edə bilirlər. Oxatanlar həm də dürüstdürlər. Onlar günahı rəqibdə yox, sevdiyi şəxsdə görürlər. Buna görə də elə ən çox əziyyəti kişilərə çəkdirirlər. 

Qoç:
Bu bürcün nümayəndələri sevdiyi şəxsi bütün qadınlara qısqanırlar. Qoçların qısqanclığı tutdusa, ona ancaq səbr edib dözmək lazımdır. Xoşbəxtlikdən onlar tez sakitləşirlər. 

Şir: Xatırlayıın ki, əgər şir bürcü ilə sevgili olsanız, avtomatik olaraq onun idarəsi altına keçirsiniz. Başqadına gözünüzüz ucu ilə baxsanız belə bu onun üçün xəyanət sayıla bilər. Şirlər həm də yaxşı psixoloqdurlar. Onlar sizi utandırmaq üçün mübahisəni ictimai və insanların çox olduğu yerlərdə edirlər. 

Əqrəb: Onlar üçün qısqanclıq pzünü təsdiq etmək üçün əyləncə, idman növü kimidir. Qısqanclıq üçün kiçik bir səbəb olduqda onlar ilk növbədə sevgilisini zərərsizlədirir, sonra isə rəqibini məhv etmək haqda düşünür. 

Balıqlar: İlk baxışdan balıq bürcündən olan qadınların sevgilisi ilə nə baş verdiyi ilə maraqlanmadığı görünə bilər. Onlar hər zaman özünə qapalı görünür və sevgilisinin kiçik xəyanətlərini görmək istəmirlər. Lakin son anda onlar susqunluğunu pozaraq və ən ağır zərbə yetirə bilər.