Suraxanıda qadın evdə yanaraq öldü
    • 15-07-2024, 10:20
    • 151

Suraxanıda qadın evdə yanaraq öldü

Suraxanıda qadın mənzildə baş verən yanğın zamanı yanaraq ölüb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda qeydə alınıb.

Fərdi evdə yaşayan 1954-cü il təvəllüdlü Xanbabayeva Emilya Usbat qızı yaşadığı evdə qısaqapanma nəticəsində baş verən yanğın zamanı hadisə yerində yanaraq ölüb.

Fakt araşdırılır.