Ali Sunal qızının ad gününü belə qeyd etdi
    • 15-07-2024, 21:50
    • 250

Ali Sunal qızının ad gününü belə qeyd etdi

2018-ci ildə Nazlı Kurbanzadə ilə ailə quran Ali Sunal sosial media hesabında paylaşdığı paylaşımlarla qızının ad gününü qeyd edib. Bildirək ki, cütlüyün Nil və Narin adlı iki qızı var.

News24.az xəbər verir ki, Sunal kiçik qızı Nilin ad gününü bu açıqlamalarla qeyd edib:

"Bu gün mənim balaca, coşğulu qızımın doğum günüdür. Ömrün eyni şövqlə keçsin, gözəl körpə qızım. Səni çox sevirəm... Niloşumun 3 yaşı var, inanmaq çətindir".

Sunal daha sonra ad günü məclisindən paylaşım edərək "Niloşum, ad günün mübarək, canım qızım" sözlərini yazıb.

Günel Məlikzadə