Rusiyada benzin ixracı yenidən qadağan oluna bilər
    • 16-07-2024, 15:12
    • 385

Rusiyada benzin ixracı yenidən qadağan oluna bilər

Rusiya baş nazirinin müavini Aleksandr Novak Qroznı şəhərində jurnalistlərə açıqlamasında ölkənin yanacaq bazarındakı vəziyyətlə bağlı qiymətləndirmələr edib.

News24.az xəbər verir ki, Rusiyada məşhur benzin növü olan AI-95 ilə bağlı bəzi problemlərin olduğuna diqqət çəkən Novak, "Yanacaq bazarı ümumiyyətlə sabitdir. Bazar neft emalı zavodlarında baxım prosesləri ilə bağlı vəziyyətə həddindən artıq reaksiya verir. Biz bazarı sakitləşdirəcəyik, çünki bazarı sakitləşdirəcəyik” dedi.

Vəziyyətlə bağlı ötən həftə müxtəlif görüşlər keçirdiklərini açıqlayan Novak, "Prinsipcə vəziyyət (benzin qiymətlərində) gərgin olarsa, avqust ayında benzin ixracı üçün icazəni uzatmayacağıq" dedi.

Qeyd edək ki, Rusiyada neft emalı zavodlarının pilotsuz təyyarələrin hücumuna məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub.

Eyni zamanda, Rusiyanın Federal Rəqabət Xidməti (FAS) iyulun 12-də verdiyi açıqlamada avqustun 1-dən etibarən ölkədə benzin ixracına yenidən qadağa qoyulmasını dəstəklədiyini bildirib.

Günel Məlikzadə