-
- 16-07-2024, 16:28
- 624
CIA: "Həmas lideri Sinvar böyük təzyiq altındadır"
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın müharibəni bitirmək üçün təşkilat daxilində təzyiqlərə məruz qaldığını iddia edib.
News24.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns bağlı qapılar arxasında keçirilən konfransda bildirib ki, HƏMAS-ın Qəzza lideri Yəhya Sinvar atəşkəs razılaşmasını qəbul etmək və İsraillə müharibəyə son qoymaq üçün öz hərbi komandirlərinin artan təzyiqi altındadır.
MKİ-nin iddiasına görə, Sinvar “öz ölümünə əhəmiyyət verməsə belə, Qəzzada baş verən iztirabların böyüklüyünə görə məsuliyyət daşıma təzyiqi ilə” üzləşir.
Qeyd edək ki, Sinvarın xüsusilə son iki həftədə müharibənin uzandığını düşünən bəzi yüksək səviyyəli Həmas komandirləri tərəfindən təzyiqlərə məruz qaldığı iddia edilib.
ABŞ kəşfiyyat rəsmiləri hesab edir ki, Sinvar Qəzzada doğulduğu yer olan Xan Yunisin altındakı tunellərdə gizlənib və HƏMAS-ın razılaşmanı qəbul edib-etməməkdə əsas qərarçısı olub.
Günel Məlikzadə