Türkiyədə sel - FOTO
    • 16-07-2024, 17:38
    • 175

Türkiyədə sel - FOTO

Güclü yağış Türkiyənin Karqalı və Yeşilalıç məhəllələrində daşqınlara səbəb olub.

News24.az xəbər verir ki, sel fəlakəti zamanı əkin sahələrinə ziyan dəyib.

Yağışla bərabər dolunun da olduğunu bildirən məhəllə sakinləri “Bütün məhəlləni su basdı. Əkin sahələri su altında qalıb. Bütün otlarımızı, torpaqlarımızı su basdı. Bizə ciddi ziyan dəyib” dedilər.

Günel Məlikzadə