-
- 16-07-2024, 21:30
- 295
UEFA-dan onlara yeni tapşırıq
UEFA Çempionlar Liqasını türkiyəli hakimlər Kadir Sağlam, Zorbay Küçük və Bahattin Şimşəkə həvalə edib.
News24.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasından (TFF) verilən məlumata görə, Lüksemburqun "Diddelenq" və Andorranın "Atletik Eskaldes" komandaları arasında keçiriləcək matçı Kadir Sağlam idarə edəcək.
Sağlamın köməkçiləri Abdullah Bora Özkara və Mehmet Emin Tuğral olacaq. Matçın dördüncü hakimi funksiyasını Murat Ərdoğan yerinə yetirəcək.
Qeyd edək ki, Litvanın "Zalgiris Vilnüs" və Finlandiyanın VPS komandaları arasında keçiriləcək görüşdə Bahattin Şimşək fit çalacaq.
Şimşəkin köməkçiləri Murat Tuğberk Curbay və Deniz Caner Özaral olacaq. Matçın dördüncü hakimi Ümit Öztürk olacaq.
Eyni zamanda, Bosniya və Herseqovinanın Sarayevo və Qazaxıstanın Aktobe komandaları arasında keçiriləcək oyunu Zorbay Küçük idarə edəcək. Küçükün köməkçiləri İbrahim Çağlar Uyarcan və Furkan Ürün olacaq. Matçın dördüncü hakimi funksiyasını Cihan Aydın yerinə yetirəcək.
Günel Məlikzadə