Zəhərlənənlərin beşi uşaq olub - TƏBİB-dən AÇIQLAMA

Zəhərlənənlərin beşi uşaq olub - TƏBİB-dən AÇIQLAMA Hadisə

Xəbər verdiyimiz kimi, Şamaxı rayonunun Məlikçobanlı kəndində keçirilən toy mərasimində kütləvi zəhərlənmə baş verib. Toyda iştirak edən 21 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

News24.az bildirir ki, TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16.07.2024-cü il tarixində Şamaxı rayonunun Məlikçobanlı kəndindən zəhərlənmə şübhəsilə 21 nəfər (11 nəfəri qadın, 10 nəfəri kişi cinsli olmaqla) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 5-i azyaşlı olub:

"Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".