Məşhur jurnalist axtarışa verildi

Məşhur jurnalist axtarışa verildi Dünya

Tanınmış jurnalist Andrey Zaxarov axtarışa verilib.

Rusiya Daxili İşlər Nazirliyi xarici agent kimi tanınan jurnalist barəsində axtarış elan edib.

Məlumatda deyilir ki, 2024-cü ilin aprelində Zaxarov barəsində cinayət işi açılıb. İyunun 11-də isə Sankt-Peterburqun Kolpinski məhkəməsi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məlumatları səlahiyyətli orqana təqdim etmədiyi üçün Zaxarovu 40 min rubl məbləğində cərimələyib. (Publika.az)