Putindən kriptovalyuta ilə bağlı xəbərdarlıq
    • 17-07-2024, 22:50
    • 603

Putindən kriptovalyuta ilə bağlı xəbərdarlıq

Rusiya prezidenti Vladimir Putin iqtisadiyyatdakı müxtəlif məsələləri qiymətləndirmək üçün paytaxt Moskvada hökumət rəsmiləri ilə görüş keçirib.

News24.az xəbər verir ki, rəqəmsal texnologiyalar sahəsindəki inkişafın sürətləndiyinə diqqət çəkən Putin, “Rusiyanın bu inkişafları qaçırmaması üçün rəqəmsal aktivlərin dövriyyəsi üçün qanunvericilik bazasını, infrastrukturu və lazımi şərtləri inkişaf etdirmək vacibdir” dedi.

Rusiya Mərkəzi Bankının 2023-cü ilin avqustunda rəqəmsal rubl üçün sınaq prosesinə başladığını xatırladan Putin, “Bu, əslində milli valyutamızın başqa bir formasıdır. Onun özəlliyi ondan ibarətdir ki, vətəndaşlar və müəssisələr hansı bankda hesablarının olmasından asılı olmayaraq rəqəmsal rubldan istifadə edə bilərlər” dedi.

Rəqəmsal rublun yayılmasının vacibliyini vurğulayan Putin, onun xüsusilə maliyyə və iqtisadi fəaliyyətlərdə istifadəsi ilə bağlı işləri sürətləndirməyi tapşırıb.

Kriptovalyutalara qlobal ticarətdə də daha çox tələbat olduğunu izah edən Putin, “Digər tərəfdən, rəqəmsal valyutaların mədənləri dünyanın demək olar ki, hər yerində edilə bilər. Amma bunun üçün çoxlu elektrik enerjisi tələb olunur” dedi.

Rusiyada kriptovalyuta mədənçiliyi üçün ildə 16 milyard kilovat-saat elektrik enerjisi istehlak edildiyini bildirən Putin, "Yəni bu, ölkədəki ümumi elektrik istehlakının az qala 1,5 faizini təşkil edir və bu rəqəm artmaqda davam edir" dedi. 

Kriptovalyutaya artan tələbatın Rusiyada əlverişli elektrik qiymətləri kontekstində qiymətləndirilməsi lazım olduğuna işarə edərək, “Kriptovalyuta mədənçiliyinin elektrik istehlakının nəzarətsiz artması müəyyən bölgələrdə elektrik enerjisi kəsirinə səbəb ola bilər” xəbərdarlıq edib.

Putin sözügedən kəsirin digər investisiya və infrastruktur layihələrinə də təsir edə biləcəyini və bunun üçün sistemli tədbirlərin görülməsi lazım olduğunu vurğulayıb.

Rusiyada kriptovalyutalardan istifadə son illər Qərb ölkələrinin bank sektoruna tətbiq etdiyi sanksiyalara görə geniş vüsət alıb.

Günel Məlikzadə