Övladlığa götürdüyü uşağı öldürdü
    • 17-07-2024, 18:45
    • 405

Övladlığa götürdüyü uşağı öldürdü

ABŞ-də övladlığa götürdüyü 10 yaşlı uşağı ehtiyatsızlıqdan öldürən qadına cinayət işi açılıb.

News24.az oxu.az-a istinadən xəbər verir ki, uşaq oynamaq üçün qonşuya getmək istəyib, lakin qadın onu küçəyə buraxmayıb.

Ardınca balaca evdən qaçmasın deyə çəkisi 150 kiloqram olan qadın onun üzərinə oturub.

Baş verənlər mənzilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntülərdə qadının təxminən beş dəqiqəyə yaxın uşağın üstündə oturduğu müşahidə edilib. Nəticədə uşaq boğularaq dünyasını dəyişib.

Əgər məhkəmə qadının günahını təsdiq etsə, onu altı ilə qədər həbs gözləyir.