Məşhur astroloqdan müjdəli xəbər: 2 gün davam edəcək
    • 17-07-2024, 18:55
    • 382

Məşhur astroloqdan müjdəli xəbər: 2 gün davam edəcək

Türkiyəli məşhur astroloq Dinçer Güner 2 gün davam edəcək hadisələrlə bağlı xəbərdarlıq edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, astroloqun sözlərinə görə, bu müddətdə sürprizlər və sizi xoşbəxt edəcək görüşlər baş verə bilər.

"Həyatınızda heç vaxt sınamadığınız bir şeyi etmək və azadlıq qazanmaq üçün addımlar ata bilərsiniz. Yaradıcılıqla məşğul olmaq üçün gözəl vaxtlardır. Elmi mövzular, texnologiya və rəqəmsal mövzular bizim diqqətimizi daha çox çəkə bilər”, - o bildirib.

Dinçer Güner qeyd edib ki, bu dövrdə problemlərə fərqli prizmadan baxmağa başlaya bilərsiniz: "Fərqli və orijinal ideyalar ortaya qoymağa və maraq dairənizdə yeni perspektivlər kəşf etməyə meylli ola bilərsiniz. Suallarınıza cavab tapacaqsınız. Yeni hobbilər kəşf etməyin, müxtəlif mövzularla maraqlanmağın, yeniliklər etməyin tam vaxtıdır”.