Azərbaycanda silahlı insident: Yaralı və saxlanılan var
    • 18-07-2024, 09:37
    • 1 545

Azərbaycanda silahlı insident: Yaralı və saxlanılan var

Beyləqan rayonunda silahlı insident olub.

News24.az xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.//publika