Deputatlarımız Rusiyaya gedəcək
    • 27-05-2019, 18:49
    • 629

Deputatlarımız Rusiyaya gedəcək

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov Rusiyaya səfərə gedəcək.

News24.az xəbər verir ki, nümayəndə heyəti mayın 29-da Sankt-Peterburq şəhərində MDB PA-nın Sosial siyasət və insan hüquqları, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya daimi komissiyalarının iclaslarında iştirak edəcəklər.