Fərid Savadov Avropa Universitet Oyunlarında qızıl medal qazanıb - FOTO
    • 18-07-2024, 15:18
    • 288

Fərid Savadov Avropa Universitet Oyunlarında qızıl medal qazanıb - FOTO

Azərbaycan karateçisi Fərid Savadov tələbələrin Avropa Universitet Oyunlarının qalibi olub.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, 60 kq-da çıxış edən idmançı bu uğura Macarıstanda imza atıb.

Savadov bu gün keçirilən finalda Andras Laslo (Korvinus Universiteti, Macarıstan) ilə qarşılaşıb. Karateçimiz gərgin keçən çempionluq döyüşündə 1:0 hesabı ilə qələbə qazanıb və qızıl medala yiyələnib.

Fərid həlledici görüşədək isə Erhan Tornaçi (Buxarest İqtisadiyyat Universiteti), Burak Özdemir (Qazi Universiteti, Türkiyə) və Matija Boyiçə (Biznesin İdarə Edilməsi İnistitutu, Monteneqro) qalib gəlib.

Bununla da karateçilərimizin Avropa Universitet Oyunlarında qazandığı medalların sayı 2-yə yüksəlib. Bir gün öncə Azərbaycan İdman Akademiyası qadınlarınların komanda yarışında 3-cü yeri tutub.

Qeyd edək ki, bu gün kişi karateçilərdən ibarət komandamız da final görüşünə çıxacaq.