Putin Salman ilə bu mövzunu müzakirə etdi
    • 18-07-2024, 16:24
    • 447

Putin Salman ilə bu mövzunu müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə enerji bazarındakı vəziyyəti müzakirə edib.

News24.az xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin və Salman telefon danışığında Rusiya və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan dostluq münasibətlərində əldə olunan səviyyəni yüksək qiymətləndiriblər.

Görüşdə iki ölkə arasında siyasi, ticarət, iqtisadi və enerji sahələrində əməkdaşlığa dair bir sıra cari məsələlərə toxunulub, əməkdaşlığın təmin edilməsi məqsədilə OPEC+ çərçivəsində sıx koordinasiyanın davam etdirilməsinin vacibliyinə diqqət çəkilib. 

Görüş zamanı müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Günel Məlikzadə