Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
    • 18-07-2024, 23:30
    • 604

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

ECB-nin pul siyasəti qərarı ilə bağlı verdiyi açıqlamada Bankın yenidən maliyyələşdirmə dərəcəsini 4,25 faiz, depozit faizini 3,75 faiz, marjinal maliyyələşdirmə faizini isə 4,50 faiz səviyyəsində sabit saxladığı bildirilib.

News24.az xəbər verir ki, pul siyasəti ilə bağlı ilin beşinci iclasında Bank 6 iyun tarixində üç əsas siyasət dərəcəsini 25 baza bəndi endirdikdən sonra faiz dərəcələrini dəyişməyərək son 5 ildə ilk faiz endirimini həyata keçirib.

Açıqlamada maaş artımına toxunularaq, alınan məlumatların ECB Rəhbərlik Şurasının orta müddətli inflyasiya görünüşü ilə bağlı əvvəlki qiymətləndirməsini böyük ölçüdə dəstəklədiyi bildirilib.

ECB-nin həyata keçirdiyi pul siyasətinin maliyyələşdirmə şərtlərini məhdud saxladığı, xidmət sektorunda inflyasiyanın artdığı və başlıq inflyasiyanın gələn il hədəfin üzərində qalma ehtimalının olduğu bildirilib.

ECB Rəhbərlik Şurasının 2 faizlik orta müddətli inflyasiya hədəfinə dair qətiyyətini yeniləyən açıqlamada, şuranın hədəfə çatmaq üçün lazım olduğu müddətcə siyasət faizlərini kifayət qədər məhdudlaşdırıcı saxlayacağı ifadə edilib.

Digər tərəfdən, Avro Bölgəsində may ayında 2,6 % olan illik inflyasiya iyun ayında 2,5 %-ə geriləyib. ECB sağlam iqtisadiyyat üçün bütün Avrozonada inflyasiyanın 2 faiz olmasını hədəfləyir.

İqtisadçılar avrozonada illik inflyasiyanın yayda ECB-nin 2 faizlik hədəfinə yaxınlaşacağını gözləyirlər.

Günel Məlikzadə