Nadir Qafarzadə nəyə peşman oldu?
    • Bu gün, 12:12
    • 66

Nadir Qafarzadə nəyə peşman oldu?

“Mən daha tövbə etdim”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşdığı videogörüntüdə deyib.

İstirahətə yollanan, Antaliyada yayın dadını çıxaran sənətçi bahaçılıqdan gileylənib:

“Mən daha tövbə etdim. Gələn ildən Avropaya getmək lazımdır. Əvvəlki illərə nisbətən bura çox, dəhşət bahaçılıqdır. Yerli camaat da bunu təsdiq edir ki, artıq bura bahalı ölkələr sırasındadır. Belə baxanda, bütün dünyanın hər yerində bahaçılıqdır. Harada ucuz nəsə var ki? Ələlxüsus da turist ölkələrində gərək əlin cibində olsun”.