Lüks markaların səhmləri kəskin ucuzlaşdı
    • 19-07-2024, 13:34
    • 537

Lüks markaların səhmləri kəskin ucuzlaşdı

Dünyada artan iqtisadi qeyri-müəyyənlik və yavaşlayan böyümə səbəbiylə satışları azalan, xüsusilə Çin və ABŞ-da ilin qalan hissəsində daha pessimist bir görünüş gözləyən lüks istehlakçı markalarının paylarında kəskin azalmalar var. 

News24.az xəbər verir ki, birinci rüb və yarımillik maliyyə nəticələrini açıqlayan bir çox şirkətlərin satışlarında azalma müşahidə edilib, bazara mənfi təsir hələ maliyyə nəticələrini açıqlamayan şirkətlərin səhmlərində də özünü göstərir.

Dünyanın ən məşhur lüks brendlərindən olan British Burberry-nin səhmləri bu həftə kəskin ucuzlaşma ilə başlayıb. Burberry iyulun 15-də pərakəndə satış gəlirinin 29 iyun 2024-cü il tarixində bitən son 13 həftədə 22 faiz azaldığını və həmçinin dividendlərin ləğvini açıqlayıb. Şirkətin top menecerindəki dəyişikliyin təsiri ilə Burberry səhmləri həftənin ilk günündə 15 % ucuzlaşıb və həftə boyu itkilərini davam etdirib.

Eyni zamanda, Almaniya mərkəzli lüks moda markası Hugo Boss, istehlakçı tələbini boğan makroiqtisadi və geosiyasi çətinliklər səbəbiylə qrup satışlarının ilin ikinci rübündə 1% azaldığını açıqlayıb. Xüsusilə İngiltərə və Çin kimi əsas bazarlarda çətin şərtlərin olduğunu bildirən şirkət, iqtisadi qeyri-müəyyənliklərin il boyu satışlara təsir edə biləcəyini düşünərək 2024-cü ilin bütün satış proqnozunu aşağı salıb.

Bu həftə enişlə başlayan Hugo Boss səhmləri, maliyyə nəticələrini açıqladığı 16 iyulda 13,5 faiz dəyər itirərək 2021-ci ilin aprelindən sonra ən aşağı səviyyəyə çatıb.

İsveçrənin saat markası Swatch həftənin əvvəlində Çindəki zəif tələbin təsiri ilə ilin ilk yarısında mənfəətinin 70 faiz azaldığını bildirib.

Tissot, Longines və Omega kimi lüks saat markalarının da yer aldığı Swatch-in satışları bu dövrdə 14,3% azalaraq 3,85 milyard dollara düşüb.

Şirkətin səhmləri həftənin ilk gününə 11,5 % azalma ilə başlayaraq, son 4 ilin ən pis gününü yaşayıb. Həftə ərzində cüzi canlanma göstərən Swatch səhmləri ötən həftənin bağlanış dəyərinin altında qalır.

Günel Məlikzadə