Baydenin qərarından sonra Bitkoin ucuzlaşdı
    • 22-07-2024, 10:59
    • 627

Baydenin qərarından sonra Bitkoin ucuzlaşdı

ABŞ prezidenti Co Bayden prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb. Bu qərardan sonra aparıcı kriptovalyuta Bitcoin (BTC) ucuzlaşıb.

News24.az xəbər verir ki, bu gün 67 min dollar səviyyəsini keçən və son 1 ayın ən yüksək səviyyəsinə çatan bitkoin açıqlamadan dərhal sonra ucuzlaşıb.

BTC son dəqiqələrdə 1000 dollar ucuzlaşaraq 67 340 dollara çatıb. Lakin sonradan yenidən yüksəlməyə başlayıb.

Qeyd edək ki, keçmiş prezident Trampın kriptovalyuta sənayesini dəstəklədiyini və BTC-nin “Amerikada istehsal olunmasını” istədiyini bildirməsindən sonra bitkoin son həftələrdə yenidən yüksəlib.

Standard Chartered analitikləri keçən ay ABŞ prezident seçkilərinin Bitcoin-in qiymətinin növbəti mühüm katalizatoru olacağını və Trampın qələbəsi halında qiymətin ilin sonuna kimi 150.000 dollara qədər yüksələ biləcəyini bildiriblər.

Günel Məlikzadə