"Sabah", "Zirə" və "Sumqayıt"ın potensial rəqibləri müəyyənləşdi
    • 22-07-2024, 22:26
    • 323

"Sabah", "Zirə" və "Sumqayıt"ın potensial rəqibləri müəyyənləşdi

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, turnirdəki təmsilçilərimizdən "Sabah" 2-ci təsnifat mərhələsində "Makkabi" (İsrail) səddini aşacağı təqdirdə, "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.

"Zirə"nin də rəqibi müəyyənləşib. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 2-ci mərhələdə "DAK-1904"-ü (Slovakiya) sıradan çıxarsa, "Osiek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

2-ci tənifat mərhələsində "Sumqayıt" Macarıstan təmsilçisi "Fehervar"ı mübarizədən kənarlaşdırsa, 3-cü raundda "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.