Sumqayıtda küçədə kişi meyiti tapıldı
    • 22-07-2024, 16:44
    • 150

Sumqayıtda küçədə kişi meyiti tapıldı

Sumqayıtda küçədə kişi meyiti tapılıb.

News24.az məlumat verir ki, hadisə 34-cü məhəllədə qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Əli Hüseyn oğlu Rzayevin küçədə meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.