-
- 22-07-2024, 16:57
- 841
Dollar ucuzlaşmağa başladı
ABŞ prezidenti Co Bayden seçki yarışından çəkildiyini elan etdikdən sonra dolların digər əsas dünya valyutaları qarşısında dəyəri ucuzlaşmağa başlayıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bunu ticarət məlumatları sübut edir. Bu gün saat 13:00-a olan məlumata görə, dolların indeksi 0,16% - 104,22 bəndədək azalıb (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbət). Eyni zamanda, avro/dollar məzənnəsi əvvəlki bağlanış səviyyəsindən bir avro üçün 1,0877 dollardan 1,0894 dollara yüksəlib. Dollar/yen məzənnəsi əvvəlki bağlanışda bir dollar üçün 157,49 yendən 156,62 yenaya kimi ucuzlaşıb.
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden bazar günü, iyulun 21-də prezident seçkilərindən geri çəkildiyini açıqlamışdı.