-
- 3-08-2018, 12:18
- 1 796
Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurası yaradılıb
Bu gün Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib.
News24.az bu barədə nazirliyə istinadən xəbər verir.
Ölkənin qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda çıxış edən nazir İnam Kərimov ölkədə aqrar islahatların davam etdiyini bildirib.
Yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılacağını deyən İ.Kərimov bildirib ki, yeni qurum vahid pəncərə sisteminin tətbiqinə, şəffaflığın tam təmin olunmasına imkan verəcək. DAİM-lər yanında Fermer və Koordinasiya Şuralarının yaradılacağını xatırladan nazir bildirib ki, bu gün təsis olunan qurum da Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasıdır:
“Kənd Təsərrüfatı Nazirliyinin son məqsədi odur ki, fermerlər torpaqdan daha səmərəli istifadə edə bilsinlər, daha çox məhsul istehsal edib, daha çox qazansınlar. Fermerlərin problemlərinin müəyyənləşmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək məqsədilə Aqrar Tədqiqatlar Mərkəzi, fermerlərin öz məhsulu satmasına yardım göstərmək üçün "Dövlət Aqrar Ticarət Şirkəti" MMC yaradılıb. “Aqrolizinq” isə fəaliyyətini təkmilləşdirməli, ölkəyə yeni texnikalar gətirilməli, qiymətlər əlçatan olmalıdır”, - o qeyd edib.
Görüşün sonunda 14 nəfərdən ibarət Fermerlər Şurasının İdarə Heyəti təsis olunub.