-
- 23-07-2024, 09:58
- 382
Şimpanzelər "insan kimi" söhbət edir
Alimlər müəyyən ediblər ki, şimpanzelər məlumat mübadiləsi zamanı tez növbələşməlr edir və bəzən bir-birinin sözünü kəsirlər. Bu tapıntı söhbətlərin strukturunda insanlarla dərin təkamül oxşarlıqlarını göstərir.
News24.az xəbər verir ki, Current Biology jurnalında dərc edilən araşdırmada tədqiqatçılar minlərlə şimpanze ünsiyyət nümunəsini araşdırıb.
Şimpanzelərin danışma vaxtlarının insanlara çox yaxın olduğunu müşahidə ediblər.
Qeyd edək ki, tədqiqatçılar Uqanda və Tanzaniyada beş vəhşi şimpanze icmasını müşahidə edərək, 8000-dən çox jestini qeyd ediblər. Jestlər şimpanzelərə münaqişədən qaçmağa və bir-biri ilə koordinasiya etməyə imkan verir.
Günel Məlikzadə