Futbolçudan həyat yoldaşına romantik sürpriz - FOTO
    • 23-07-2024, 10:17
    • 238

Futbolçudan həyat yoldaşına romantik sürpriz - FOTO

Copa America 2024-də möcüzələr yaradan və Kolumbiyanın finala yüksəlməsində mühüm rol oynayan "Qalatasaray"ın futbolçusu Davinson Sançez, tətilini həyat yoldaşına gözəl sürpriz edərək dəyərləndirib.

News24.az xəbər verir ki, Davinson həyat yoldaşı Daniela Reina üçün etdiyi sürprizi sosial şəbəkədə paylaşıb.

Bu isə bir çox evli kişilər tərəfindən tənqidə səbəb olub.

1,3 milyon izləyicisi olduğu İnstaqram hesabında foto paylaşan 28 yaşlı futbolçu evinin qonaq otağını "Sevgi" yazılmış nəhəng lövhə, şarlar, qızılgül ləçəkləri, şampan və şokoladlı çiyələklərlə bəzəyib.

O, paylaşımında "Bu qədər xoşbəxtliyə görə təşəkkür edirəm. Səni sevirəm" yazıb.

Davinson Sançesin bu paylaşımı qısa müddətdə 130 mindən çox bəyənmə toplayıb.

Məryəm İlhamqızı