Məscidi yandırmağa hazırlaşan iki nəfər tutuldu
    • 23-07-2024, 15:35
    • 235

Məscidi yandırmağa hazırlaşan iki nəfər tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Belqorodda məscidi yandırmağa hazırlaşan iki nəfərin tutulduğunu açıqlayıb.

News24.az xəbər verir ki, FSB-nin mətbuat xidmətindən verilən açıqlamada Mariupolda yaşayan 1986 və 1993-cü il təvəllüdlü iki nəfərin Ukrayna kəşfiyyatı tərəfindən "aldadıldığı" iddia edilib.

Şübhəlilərin tutulduğu bildirilən açıqlamada “Aldıqları təlimata uyğun olaraq şübhəlilərin Belqoroda gedərək oradakı məscidi yandıracaqları” ifadə edilib.

Qeyd edilib ki, cinayətlərini etiraf etdikləri bildirilən şübhəlilər barəsində terror aktı törətmək cinayəti ilə bağlı cinayət işi açılıb.

Günel Məlikzadə