-
- 3-08-2018, 12:38
- 1 268
“McDonalds”- da 8 aylıq hamilə qadına qəhvə əvəzinə kimyəvi təmizlik dərmanı verincə… - FOTO
Qeyri-adi olay Kanadada “Mcdonalds” restoranlarının birində baş verib.
News24.az xəbər verir ki, 8 aylıq hamilə olan Sara Duqlas qəhvə içmək üçün “Mcdonalds” - a gedib. Maşınında qəhvə içmək üçün sifariş verən hamilə qadına “Təmizlik dərmanıyla zəngin qəhvə” gətiriblər. Qadın qəhvədən bir udum alan kimi məsələnin nə yerdə olduğunu bilib. Fincana baxdığında içindəki nə qəhvəydi, nədəki süd.
Qadın maşından düşüb “Mcdonalds”- daxil olub və administratoru çağırıb. Administrator xanıma yaxınlaşıb “Yenə də qəhvə istəyirsiz?” deməsi qadının əsəbinə toxunub. Qadın isə cavabında: “Təbii ki, yox, bu hərəkətiniz qəbuledilməzdir”- deyib.
Hamilə qadın “Lethbridge News” qəzetinə bu barədə məlumat verib. “Mcdonlads”- ın administratoru yaşanan hadisəyə görə yazılı şəkildə qadından üzr istəyib.
Qəhvə yerinə kimyəvi məhlul içən hamilə qadın xəstəxanaya müraciət edib. Müayinədən sonra, həkimlər qadının vəziyyətinin yaxşı olduğu bildirib.
“Mcdonads” restoranının administratorunun açıqlamasına görə, bu cür hadisənin yaşanmasına səbəb qəhvə aparatını işə salmazdan öncə kimyəvi dərmanlarla sterilizə edilməsi olub. Həmin gün aparatın borularını düzgün yerləşdirilmədiyi üçün, süd kimyəvi təmizlik dərmanıyla qarışıb.
Elvin Nüsrətoğlu