-
- 29-05-2019, 15:27
- 2 026
Münsiflər sərgi-müsabiqəyə təqdim olunan şəkilləri dəyərləndirib - FOTO-VİDEO
"Liatris Holding” və News24.az-ın təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə günü münasibətiylə keçiriləcək “Mənə dünyanı çək” adlı rəsm müsabiqə-sərgiyə təqdim olunan əsərlərə baxış keçirilib.
News24.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə baş tutacaq müsabiqə - sərgiyə 150-dən artıq əsər təqdim olunub.
Mayın 28-də “Liatris Holding”in ofisində bir araya gələn Münsiflər Heyəti həmin rəsmləri dəyərləndiriblər.
Qeyd edək ki, Münsiflər Heyətində Azərbaycan Mədəniyyət Nazirliyinin təsviri incəsənət şöbəsinin əməkdaşı Anar Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, “Liatris Holding”in rəhbəri, Azərbaycanın işgüzar xanımı Ruhi Əliyeva, əməkdar incəsənət xadimi, tanınmış rəssam-modelyer Fəxriyyə Xələfova, Azərbaycanın xalq artisti Fidan Hacıyeva və rəssam Milena Nəbiyeva təmsil olunur.
Xalq rəssamı Ağəli İbrahimovun fikrincə, müsabiqəyə təqdim olunan işlərin hər biri diqqətçəkəndir: “Mənə dünyanı çək” müsabiqəsinə həm Bakıdan, həm də rayonlardan 150-dən artıq müxtəlif işlər təqdim olunub. Bu işlərin hər biri maraqlıdır. Şəkillər arasında həm bizim qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin rəsmləri, həm də başqa dövlətlərin tarixi ilə bağlı hadisələrin əks olunduğu əsərlər var. Onlardan ən yaxşısını seçmək, doğrudan da, çox çətindir. Çünki uşaqların dünyası çox maraqlı, rəngarəngdir. Bütün əsərlərdə bir saflıq, səmimiyyət var. Bəzi işlərdə müəllimlərin dəstəyi, yardımı da hiss olunub .Biz onların içərisindən ən maraqlı və səmimi işləri seçdik”.
Rəssam bildirdi ki, şəkillərdə əsasən ideyaya, məzmuna diqqət olunub: “Bizim üçün uşağın dünyanı, Azərbaycanı, kainatı necə görməsi çox vacibdir. Onun sevinci, kədəri, dünyaya baxışı uşağın yaradıcı potensialını ifadə edir. Yəni biz ilk olaraq kompozisiyaya önəm veririk, daha sonra isə peşəkarlığı dəyərləndiririk. Əgər burda fəlsəfi fikir varsa, demək, o, bizim üçün qiymətlidir”.
Əməkdar incəsənət xadimi, rəssam-modelyer Fəxriyyə Xələfova da həmkarının fikirlərinə şərik çıxdı: “Çox ciddi iş apardıq. Münsif olaraq bizim ilk kriteriyamız hər şeyə obyektiv yanaşmaqdır. Eyni zamanda çəkilən şəklin yüz faiz uşağın öz əl işi, yəni müəllimin yardımı olmadan çəkilməsinə diqqət elədik. Daha sonra onları ideyası və tərtibatına görə fərqləndirdik”.
Rəssam Milena Nəbiyeva da təqdim olunan şəkillərin hamısının bir-birindən gözəl olduğunu qeyd eləyib: “Hər biri maraqlı və canlıdır. Təəssüf ki, işlərin hamısına birinci yer verə bilmirik”.
“Möhtəşəm layihədir, bu, bayram günündə uşaqlar üçün böyük hədiyyədir” – bu fikirləri isə Münsiflər Heyətinin üzvü, xalq artisti Fidan Hacıyeva səsləndirib: “Mən bu 155 əsərin içində o qədər maraqlı ideyalar gördüm ki... Bizim uşaqlarımız doğrudan da çox istedadlıdırlar. Əminəm ki, bu müsabiqə Azərbaycan istedadlarının üzə çıxmasında böyük rolu olacaq”.
Xatırladaq ki, Azərbaycan Mili İncəsənət Muzeyində baş tutacaq sərgi-müsabiqəyə təqdim olunan əsərlər 5-10 və 11-15 yaş kateqoriyalarına əsasən qəbul edilib.
Sərbəst mövzuda çəkilən şəkillərin müəllifləri - 1-ci yerin sahibi 500 AZN, 2-ci yerin sahibi 300 AZN, 3-cü yerin sahibi isə 200 AZN pul mükafatına layiq görüləcək.